ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Baş verən son hadisələrlə əlaqədar (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
“AZAL-dan məlumat veriblər ki, zəvvarların qayıdışı ilə bağlı heç bir problem olmayacaq. Mövcud durum davam etsə, təyyarələrin marşrutları dəyişdiriləcək və təhlükəsiz hava dəhlizi ilə uçuşlar həyata keçiriləcək”, - deyə o qeyd edib.
V.Cahangiri, həmçinin əlavə edib ki, zəvvarlar müqavilədən kənara çıxıb müstəqil formada qayıdırlarsa, problem yarandığı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi məsuliyyət daşımır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.