ain.az bildirir, Sfera.az portalına istinadən.
“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq”.
Sfera.az xəbər verir ki, bunu “apa.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
“AZAL-dan məlumat veriblər ki, zəvvarların qayıdışı ilə bağlı heç bir problem olmayacaq.
Mövcud durum davam etsə, təyyarələrin marşrutları dəyişdiriləcək və təhlükəsiz hava dəhlizi ilə uçuşlar həyata keçiriləcək".
V.Cahangiri həmçinin onu da qeyd edib ki, zəvvarlar müqavilədən kənara çıxıb müstəqil formada qayıdırlarsa, problem yarandığı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi məsuliyyət daşımır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.