AZ

Piyadanı vurub qaçmışdı Saxlanıldı

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İyunun 11-də axşam saatlarında paytaxtın Xəzər rayonu Türkan qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yol kənarında hərəkətdə olan piyada 1974-cü il təvəllüdlü Famil İsmayılovu vurub.

“Qafqazinfo” xəbər verir ki, sürücü daha sonra hadisə yerindən qaçıb.  

F.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində piyadanı vuran “Vaz 2107” markalı avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Vüqar Nadirov saxlanılaraq istintaqa təqdim edilib. 

Yol-nəqliyyat hadisəsi ilə bağlı Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
4
qafqazinfo.az

6Mənbələr