AZ

Piyadanı vurub qaçmışdı - Saxlanıldı - FOTO

İyunun 11-də axşam saatlarında paytaxtın Xəzər rayonu Türkan qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yol kənarında hərəkətdə olan piyada 1974-cü il təvəllüdlü Famil İsmayılovu vurub.
Avtosfer.az xəbər verir ki, sürücü daha sonra hadisə yerindən qaçıb.  
F.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində piyadanı vuran “Vaz 2107” markalı avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Vüqar Nadirov saxlanılaraq istintaqa təqdim edilib. 
Yol-nəqliyyat hadisəsi ilə bağlı Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

piyadani-vurub-qacmisdi

Seçilən
27
4
avtosfer.az

6Mənbələr