Faktla bağlı araşdırma aparılır.
Ajans.az xəbər verir ki, hadisə axşam saatlarında Yevlax – Zaqatala – Gürcüstan magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, piyada 36 yaşlı Zürab Nuriyev yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətlıri alan Z. Nuriyev hadisə yerində keçinib.