AZ

Zaqatalada avtomobilin vurduğu piyada ölüb

Zaqatala rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax – Zaqatala – Gürcüstan magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, piyada 36 yaşlı Zürab Nuriyev yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətlıri alan Z. Nuriyev hadisə yerində keçinib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”un Şimal-qərb bürosuna hadisənin bu gün saat 20 radələrində rayonun Mazıx kəndində baş verdiyi bildirilib.

“İbrət Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada 1987-ci il təvəllüdlü Mazıx kənd sakini Zurab Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb”, – məlumatda vurğulanıb.

Faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Seçilən
84
3
musavat.com

10Mənbələr