Konqo Demokratik Respublikasının (KDR) qərbində göldə üç qayığın eyni vaxtda aşması nəticəsində 50-dən çox insan ölüb.
“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Hadisə Ekvatorial əyalətində Bikoro şəhəri yaxınlığında Tumba gölündə baş verib. Qayıqlar mümkün qədər çox sərnişin götürmək üçün bir-birinə bağlanıbmış.
Agentliyin məlumatına görə, qayıqlarda olan 200 nəfərdən 52 nəfərin ölümü təsdiqlənib. Xilasetmə xidmətləri itkin düşənlərin axtarışını davam etdirir. Zərərçəkənlərin və itkin düşənlərin dəqiq sayı hələ müəyyən edilməyib.