AZ

İranın atdığı ballistik raket Tel-Əvivə belə düşdü – İsrailin hava müdafiə sistemi raketi dayandıra bilmədi

İranın İsrailə qarşı həyata keçirdiyi raket bombardmanı davam edir.

Son məlumatlara görə, İrana məxsus ballistik raketlərdən daha biri İsrailin paytaxtı Tel-Əvivə düşüb və hava hücumundan müdafiə sistemi bu raketi zərərsizləşdirə bilməyib.

Dünyanın aparıcı beynəlxalq media qurumlarının yaydığı görüntülərdə raketin səssizcə şəhər üzərinə yaxınlaşdığı və partlayışın güclü dağıntılara səbəb olduğu müşahidə olunur. Həmin videokadrlarda Tel-Əvivdə panika, yanğın və dağıntılar aydın görünür.

Musavat.com bu dəhşətli videonu oxucularına təqdim edir.

İran tərəfi hücumları “Doğru vəd – 3” əməliyyatının davamı kimi təqdim edir və İsrailin əvvəlki zərbələrinə cavab olduğunu bəyan edir.


Seçilən
56
1
referans.az

10Mənbələr