AZ

İran Təl-Əvivə zərbələr endirdi, xəsarət alanlar var – Video


İran iyunun 13-də axşam saatlarında İsrailə yüzlərlə ballistik raket atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır. Əhalidən qorunan ərazilərə sığınmaq və növbəti xəbərdarlığa qədər orada qalmaları xahiş olunur”, - məlumatda deyilib. 
İranın İRNA xəbər agentliyinin məlumatına görə, İran İsrailə doğru yüzlərlə ballistik raket atıb. İlk zərbədən sonra İran ordusu İsrailə doğru daha bir neçə raket zərbəsi endirib.
Bir zərbə anı videoda lentə alınıb: kadrlarda “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin hücumu dəf etdiyi, daha sonra raketlərdən birinin yaşayış məntəqəsinə dəydiyi görünür.
“Yediot Anachronot” xəbər verir ki, Təl-Əviv aqlomerasiyasında yeddi zərbə qeydə alınıb. Bir yaşayış binası dağılıb.
Tibb xidməti hücumda ən azı 14 israillinin yaralandığını bildirib. Polis Təl-Əvivdə bir neçə binanın zədələndiyini bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İranın İsrailə cavab zərbəsi “Doğru vəd 3” adlandırılıb. İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir ki, İran silahlı qüvvələri İsraildəki onlarla hədəfə, o cümlədən hərbi və hava bazalarına zərbələr endirib.
Seçilən
71
50
yeniavaz.com

10Mənbələr