AZ

İran İsrailə qisas hücumuna başladı - Təl-Əvivdə şiddətli partlayışlar...


İran, ABŞ və İsrail arasında nüvə gərginliyi hərbi münaqişəyə çevrilib. İsrail dünən səhər saatlarında İrana hərtərəfli hücum edərək nüvə obyektlərini, hərbi obyektləri və mülki yaşayış məntəqələrini vurub.

Axşam saatlarında da İranın paytaxtı Tehranda yenidən güclü partlayışlar baş verib. Tehranın mərkəzində eşidilən güclü partlayışlarla yanaşı, havadan müdafiə raketlərinin havadakı hədəflərə cavab verdiyi bildirilir.

İran mətbuatında yayılan xəbərlərə görə, güclü partlayışlar Tehranın qərbində baş verib. Fars Xəbər Agentliyi isə Fordodakı nüvə sahəsi ərazisində daha iki partlayışın eşidildiyini və obyektdəki iki nöqtənin hədəf alındığını bildirib.

İsrailin İrana hücumları davam edərkən, İran da İsrailə qarşı ballistik raket hücumlarına başlayıb. İran İnqilabı Keşikçiləri Korpusu “Sadiq vəd-3” əməliyyatının başladığını təsdiqləyib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə çoxlu sayda ballistik raket atıldığını bildirib. SEPAH-ın bəyanatında bu ifadələr yer alıb: "Raketlər atıldı. Sionistlər, sığınacaqlara qaçın".

SEPAH "Sadiq vəd-3" əməliyyatı çərçivəsində İsrailin onlarla hədəfi, hərbi mərkəzləri və hava bazalarının vurulduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Arakçi isə indiki vaxtda mötədilliyə dair heç bir çağırışı qəbul etməyəcəklərini bəyan edib: “İranın İsrailin təcavüzünə cavabı Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə uyğun olaraq sərt və qətiyyətli olacaq”.

İsrail ordusu da İrandan İsrail istiqamətində raketlərin atıldığını təsdiqləyib. İsrail ordusu sözçüsündən verilən açıqlamaya görə, İrandan İsrailə doğru çoxlu ballistik raketlər atılıb. İsrail ordusunun radiosu İrandan atılan raketlərin İsraildə 7 nöqtəni vurduğunu açıqlayıb. Təl-Əvivdə şiddətli parlayışların eşidildiyi bildirilir. İsrailin rəsmi açıqlamalarına görə indiyədək 7 nəfər yaralanıb.

İsrail ordusu İrandan ölkə ərazisinə onlarla raket atıldığını və onların qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin çalışdığını açıqlayıb.

İsrailin müdafiə naziri İsrail Katz İranın İsraildəki mülki mərkəzləri raketlərlə vurmağa cəsarət edərək qırmızı xətti keçdiyini deyib. İsrailin baş naziri Benyamin Netanyahu isə Tehranın cavab hücumlarından sonra verdiyi ilk açıqlamada İran xalqını rejimi devirməyə çağırıb. "İsrail xalqı və İran xalqı Böyük Kirin zamanından bəri dostdur. Sizin bayrağınız və tarixi irsiniz altında bir araya gəlib azadlığınız üçün mübarizə aparmağın vaxtı gəlib" – deyə Netanyahu bildirib.

TAHİR

Seçilən
107
50
baki-xeber.com

10Mənbələr