AZ

Şəmkirdə suda boğulan sevgililərin ölümünün TƏFƏRRÜATI

Şəmkirçay su anbarında 2 nəfərin boğularaq ölməsinin bəzi detalları üzə çıxıb.

 

Sfera.az-ın məlumatına görə, su anbarında boğulub ölən hər iki şəxs sözügedən əraziyə istirahətə gediblər. Onlar istirahət edən zaman 2005-ci il təvəllüdlü Aliyə Həsənova su anbarında çimmək üçün suya girib. Bu zaman gənc qız suda boğulub. Onun boğulduğunu görən rayonun Seyfəli kənd sakini 2004-cü il təvəllüdlü Ümid İbrahimov özünü suya atıb. Nəticədə hər iki şəxs su anbarında boğularaq ölüb.

 

 

Onların suda boğulduğunu görən Ümid İbrahimovun dostu Fazil Həsənov dərhal FHN-ə məlumat verib. Əraziyə məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan biri, 2004-cü il təvəllüdlü Ümid İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda suda batan digər şəxs, 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın axtarışları davam edir.

 

Su anbarında boğularaq ölən hər iki şəxsin sevgili olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. (Unikal)

Seçilən
6
8
sfera.az

8Mənbələr