AZ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçu mübarizəyə başlayır

Azərbaycanın daha üç cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

Üçüncü yarış günündə Fidan Əlizadə (57 kq), olimpiya, dünya, Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatami üzərinə çıxacaqlar.

F.Əlizadə Maritsa Perişiçin (Serbiya) müqavimətini qırmağa çalışacaq. H.Heydərov Otari Kvantidze (Portuqaliya ) ilə üz-üzə gələcək. R.Məmmədəliyev isə Kazbek Naquçev (BƏƏ) / Covanni Espozito (İtaliya) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər üç idmançı mübarizəyə 1/16 finaldan start verəcək.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız mundialda hələ ki, medal qazana bilməyiblər.

Seçilən
10
22
cbcsport.az

10Mənbələr