AZ

Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu fərdi yarışı medalsız başa vurdu

Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında medal qazana bilməyib.

Yenisabah.az xəbər verir ki, Fidan Əlizadə (57 kq) 1/16 final mərhələsində Maritsa Perişiçə uduzub.

Rəşid Məhəmmədəliyev ilk raundda Kazbek Naquçevi (BƏƏ) mübarizədən kənarlaşdırıb, ardınca 1/8 finalda Laşa Şavdatuaşvilidən güclü olub. O, 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olub.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.


Telegram kanalımız
Seçilən
21
3
yenisabah.az

10Mənbələr