AZ

Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb

Türkiyə Boğaziçi və Çanaqqala boğazlarından gəmilərin keçidinin qiymətini iyulun 1-dən 15% artaraq hər xalis ton üçün 5,83 dollara qaldırıb.

Demokrat.az NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, dövlət rüsumları ekoloji təhlükəsizliyi yaxşılaşdırmaq və gəmilərin hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsi üçün istifadə ediləcək.

Nazir xatırladıb ki, bu artım 2022-ci ildən bəri dördüncü olacaq.

Seçilən
9
4
demokrat.az

10Mənbələr