Bakı. Trend:
İyulun 1-dən etibarən Boğaziçi və Çanaqqala boğazlarındangəmilərin keçid qiymətləri 15% artaraq hər xalis ton üçün 5,83dollar təşkil edəcək.
Trend xəbər verirki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri AbdulkadirUraloğlu bildirib.
Nazirin sözlərinə görə, artırılan dövlət rüsumları ekolojitəhlükəsizliyin yaxşılaşdırılması və gəmilərin hərəkətinə nəzarətsistemlərinin təkmilləşdirilməsi üçün sərf olunacaq.
Abdulkadir Uraloğlu qeyd edib ki, bu artım 2022-ci ildən bəridördüncü dəfədir həyata keçirilir. Qeyd olunur ki, gəmilərin keçiddəyəri 2022-ci ilə qədər təxminən 40 il ərzində dəyişməz qalmışdıvə 1936-cı ildə imzalanan Montrö Konvensiyasına əsasən qızıl frankəsasında hesablanırdı.
2024-cü ilin oktyabr ayında isə bu prosedur dəyişdirilərək tarif5,07 dollara qaldırılmışdı.