AZ

Pezeşkian İraqa tapşırıq verdi - “Ciddi nəzarət edin”

İran Prezidenti Məsud Pezeşkian İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.

“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu hücumlar təkrarlanarsa, daha ağrılı və sarsıdıcı cavablar veriləcək” , - İran Prezidenti bildirib.

O, həmçinin bildirib ki, “İraq hökuməti öz sərhədlərini və hava məkanını daha ciddi nəzarət etməlidir ki, İraq ərazisindən İrana qarşı sui-istifadə edilməsin”.

İran Prezidenti İslam ölkələrinin təcavüzlərə qarşı ortaq məsuliyyət daşıdığını vurğulayıb.

Öz növbəsində, İraq Baş naziri əl-Sudani, İsrailin hücumları nəticəsində şəhid olmuş İranın yüksək rütbəli hərbi komandirləri və mülki şəxslərin itkisinə görə başsağlığı verib.

Seçilən
23
5
qafqazinfo.az

10Mənbələr