“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu təcavüzlər təkrarlanarsa, daha ağrılı və sarsıdıcı cavablar veriləcək.”
Aznews.az xəbər verir ki, bunu İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian əlavə edib ki, “Sülh, təhlükəsizlik və sabitlik istəyən hər bir ölkə təcavüzə qarşı mübarizə cəbhəsində dayanmalıdır.”
O, həmçinin bildirib ki, “İraq hökuməti öz sərhədlərini və hava məkanını daha ciddi nəzarət altında saxlamalıdır ki, İraq ərazisindən İran İslam Respublikasına qarşı sui-istifadə edilməsin.”