İranda İsrail Müdafiə Qüvvələrinin zərbələri nəticəsində azı 406 nəfər ölüb, 654 nəfər isə yaralanıb.
Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İranda İnsan Haqları Fəalları təşkilatı məlumat yayıb.
“Uzun müddətdir ölkədəki vəziyyəti izləyən İnsan Haqları Fəalları hüquq müdafiə qrupunun məlumatına görə, İsrailin İrana zərbələri nəticəsində azı 406 nəfər həlak olub, daha 654 nəfər yaralanıb. İran hökuməti ümumi itkilərin sayını açıqlamayıb”, – AP qeyd edib.
Daha əvvəl İranın Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını bildirmişdi.
Bizim.Media