Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi Dubaydan anonim rəsmi mənbəyə istinadla xəbər yayıb.
Agentlik həmin şəxsin vətəndaşlığını açıqlamasa da, onun İranın Qətər və Omanla apardığı təmaslar barədə məlumatlı olduğunu iddia edir.
"İranlılar qətərli və omanlı vasitəçiləri məlumatlandırıblar ki, İsrailin qabaqlayıcı zərbələrinə cavablarını başa vurduqdan sonra ciddi danışıqlara hazır ola bilərlər. İran açıq şəkildə bildirib ki, hücumlara məruz qaldığı müddətdə danışıqlara başlamayacaq", - deyə mənbədən bildirilib.
Rəsminin sözlərinə görə, İranın guya Qətər və Oman vasitəsilə ABŞ-ni danışıqlara qoşulmağa çağırması və nüvə proqramı ilə bağlı müzakirələri bərpa etməyə hazır olduğunu bildirməsi barədə yayılan xəbərlər dəqiq deyil.
İndiyədək nə İran, nə Oman, nə də Qətər bu məsələyə dair rəsmi açıqlama verməyiblər.
Məlumat üçün qeyd olunur ki, son aylar Oman İranla ABŞ arasında nüvə proqramı üzrə danışıqlarda vasitəçilik edib. Sonuncu raund şənbə günü baş tutmalı idi, lakin İsrailin hava zərbələri səbəbilə ləğv olunub.
Qətər isə daha əvvəl İran və İsrail arasında təmaslarda vasitəçi kimi çıxış edib.
10Mənbələr
-
sfera.azİran-İsrail müharibəsi qonşu dövlətlərə yayılacaq? ( 18290200)
-
musavat.comİsrail-İran müharibəsinin mümkün ssenariləri: Yaxın Şərq partlayır, Azərbaycan bu oyunda nə etməlidir? ( 18289528)
-
musavat.comİran nüvə müqaviləsindən çıxa bilər – Tehran parlamenti məsələyə baxır ( 18286327)
-
demokrat.azKİV: "İran atəşkəs danışıqlarından imtina edib" ( 18283273)
-
editor.azKİV: “İran atəşkəs danışıqlarından imtina edib” ( 18282682)
-
bizimshow.azXameneini ölümdən Donald Tramp xilas edibmiş! Son anda VETO qoyub – TƏFSİLAT ( 18273205)
-
news24.azİran bu nüvə sazişindən çıxır ( 18265822)
-
musavat.comXameneini ölümdən Donald Tramp xilas edibmiş! Son anda VETO qoyub - TƏFSİLAT ( 18271903)
-
musavat.comABŞ Rusiyanın vasitəçiliyini təklif etdi, İsrail razılaşdı – İranla atəşkəs üçün yeni diplomatik xətt açılır ( 18271168)
-
musavat.comİran rəhbərliyi atəşkəs üçün vasitəçi axtarır: Azərbaycandan rica - "Hayom" iddia edir ( 18270823)