AZ

İsrail Hərbi Dəniz Qüvvələri İranın səkkiz PUA-sını məhv edib

İsrail Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri İranın səkkiz pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Oxu.Az İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidmətinə istinadla xəbər verir.
Bildirilir ki, dronlar ilk dəfə "Barak Maqen" hava hücumundan müdafiə sistemindən və LRAD uzaqmənzilli raketdən istifadə edilməklə vurulub.
Əməliyyat başlayandan bu günə kimi isə İsrail HDQ İranın 25 PUA-sını məhv edib.
İranın hava hücumundan müdafiə sistemləri isə öz növbəsində ölkənin nüvə obyektinin yerləşdiyi Natanz üzərində İsrailin hədəflərini məhv edib.
Məlumata görə, hava hücumundan müdafiə qüvvələri gecə saat 01:00-dən səhər saatlarına qədər İsrailin hücumunu dəf edib.
Qeyd edək ki, bu, İsrailin bu obyektə ilk hücumu deyil.

İyunun 16-da səhər saatlarında İsrail İranın Kirmanşahdakı hədəflərinə növbəti dəfə hava zərbəsi endirib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Raketlərin dəqiq hədəfinin hara olduğu hələ ki, bəlli deyil.

Seçilən
28
2
yenilik.az

10Mənbələr