AZ

Naxçıvanda dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvanda dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 2D, ev 1 ünvanında fəaliyyət göstərən Məhərrəmov Kamran Şəmil oğluna məxsus “Mehrunun dönəri” dönərxanasında ötən günlərdə hazırlanmış və artıq istehlak üçün yararsız hesab edilən bişmiş dönərin növbəti gün istehlakçılara təqdim olunduğu və Naxçıvan şəhəri İstiqlal küçəsində fəaliyyət göstərən Musayev Qadir Qabil oğluna məxsus dönərxanada isə gigiyenik qaydalara əməl olunması üçün şəraitin mövcud olmadığı aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəalliyyəti məhdudlaşdırılıb. Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün dönərxanalar dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilən tapşırıqların yerinə yetirilməsi və istehlahkçı hüquqlarının müdafiəsi istiqamətində istirahət və bayram günləri də daxil olmaqla nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.

Seçilən
33
3
report.az

6Mənbələr