Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Şəbəkə məlumatları göstərir ki, İranda internet demək olar ki, tamamilə bağlanıb"
İranda internet bağlantısı aktivliyi demək olar ki, tamamilə yox olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidmətindən məlumat verilib.
"Şəbəkə məlumatları göstərir ki, İranda internet demək olar ki, tamamilə bağlanıb", - xidmətin “X” şəbəkəsində dərc olunan məlumatda qeyd edilib.
Bildirilib ki, bu hal şəbəkənin bir sıra “əvvəlki qismən dayandırılması”ndan sonra baş verib.
İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi giriş məhdudiyyətlərini təsdiqləyib. İranın “Mehr” agentliyi nazirliyin bəyanatından sitat gətirərək yazıb ki, “səlahiyyətli orqanların qərarı ilə istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlər qoyulur”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.