AZ

Pentaqon rəhbəri: ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirəcək

Pentaqon rəhbəri Pete Hegseth İsrail və İran arasında gərginliyin artması fonunda Yaxın Şərqə əlavə ABŞ qüvvələrinin yerləşdirilməsinə göstəriş verib..

Poliqon xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində məlumat yayıb.

“Keçən həftəsonu mən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına (Yaxın Şərqi nəzərdə tutur) əlavə qüvvələrin yerləşdirilməsi əmrini verdim” deyə Heqset yazıb.

Onun sözlərinə görə, əsas prioritet Amerika qoşunlarının qorunmasıdır. Bu cür tədbirlər ABŞ-ın regionda müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.

Poliqon.info 

Seçilən
6
1
poliqon.info

5Mənbələr