Pentaqon rəhbəri Pit Heqset İsrail və İran arasında gərginliyin artması fonunda Yaxın Şərqə əlavə ABŞ qüvvələrinin yerləşdirilməsinə göstəriş verib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
“Keçən həftəsonu mən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına (Yaxın Şərqi nəzərdə tutur-red.) əlavə qüvvələrin yerləşdirilməsi əmrini verdim”,- deyə Heqset yazıb.
Onun sözlərinə görə, əsas prioritet Amerika qoşunlarının qorunmasıdır. Bu cür tədbirlər ABŞ-nin regionda müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.