AZ

İrana atılan raketlərin təsirindən Azərbaycanda ZƏLZƏLƏ OLA BİLƏR? - AÇIQLAMA

Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev İran-İsrail müharibəsində atılan raketlərin Azərbaycanda zəlzələ ocaqlarını aktivləşdirəcəyi, təkanlar ola biləcəyi barədə müzakirələrə münasibət bildirib.

 

Alim Pravda.az-a açıqlamasında deyib ki, Yer üzərində baş verən partlayışların, atılan raketlərin zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur.

 

Vazeh

 

“Zəlzələnin baş vermə səbəbləri dərinliklərdən qaynaqlanır. Geodinamik proseslər nəticəsində qırılmalar əmələ gəlir, ocaqlar ayılır, intensivləşir, zəlzələ dalğaları əmələ gəlir, seysmik dalğaların amplitudası udula-udula, yaxud arta-arta, güclənə-güclənə səthə çatır. Nəticədə, titrəyişlər, təkanlar törədir. İran ərazisində olan partlayışlar Azərbaycanda zəlzələ yarada bilməz. Ümumiyyətlə, yer üstündə baş verən partlayışlar dərinliklərdəki prosesləri qətiyyən hərəkətə gətirə bilməz. Tutaq ki, dərinlikdə zəlzələ baş verdi, təsadüfən həmin an yer səthində də raket partladı. Bu təsadüfün üst-üstə düşmə ehtimalı da çox azdır. İki hadisə arasında qanunauyğunluq, düzmütənasiblik əlaqəsi yoxdur", - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 17 İyun 2025, 08:53   
Seçilən
3
5
pravda.az

6Mənbələr