AZ

Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza ilə bağlı təmir işləri nə yerdədir? - AÇIQLAMA

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq.

Olaylar.az xəbər verir ki, Trend-in əməkdaşı təmir işlərinin nə zaman yekunlaşacağını öyrənmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, təmir işləri intensiv və sürətli şəkildə aparılır.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza səbəbilə Bakı və Abşeronun bəzi ərazilərində su təchizatı 4 gün fasilələrlə veriləcək.İşlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
3
olaylar.az

4Mənbələr