AZ

Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza ilə bağlı təmir işləri nə yerdədir? - AÇIQLAMA

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işlərinin nə zaman yekunlaşacağını öyrənmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxlanıb.

Qurumdan bildirilib ki, təmir işləri intensiv və sürətli şəkildə aparılır.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza səbəbilə Bakı və Abşeronun bəzi ərazilərində su təchizatı 4 gün fasilələrlə veriləcək. İşlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Seçilən
5
3
marja.az

4Mənbələr