Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alan "Sabah" daha yüksək reytinqə malik olan komandalardan birinə rəqib olacaq. Artıq "Sabah"ın potensial rəqiblərinin sayı 8-dən 4-ə eniib. Bunlar "Şaxtyor” (Donetsk, Ukrayna), "Spartak" (Trnava, Slovakiya), "Selje" (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.
Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.
Əlavə edək ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri "Qarabağ" (Çempionlar Liqası), "Zirə" və "Araz-Naxçıvan"dır (Konfransa Liqası). Bu komandaların rəqibləri isə sabah keçiriləcək püşkatmada bəlli olacaq.