Bakı, 17 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 11 faiz və ya 327 milyon manat çox olmaqla 3 milyard 394 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqqələr şöbəsindən AZƏRTAC-a verilən məlumta görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 187 milyon manat artaraq 2 milyard 580 milyon manat olub.
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 123 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 270 milyon manat çoxdur