AZ

Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 123 milyon manat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 11 faiz və ya 327 mln. manat çox olmaqla 3 mlrd. 394 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 187 mln. manat artaraq 2 mlrd. 580 mln. manat olub.

Yanvar-may aylarında DSMF-nin xərcləri 3 mlrd. 123 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 270 mln. manat çoxdur.

Seçilən
0
1
xalqqazeti.az

5Mənbələr