UEFA Konfrans Liqasında yarışacaq “Araz-Naxçıvan” mövsümlərarası fasilədə ikinci transferini gerçəkləşdrib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalayıb.

Sağ-sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edə bilən 28 yaşlı futbolçu müxtəlif illərdə vətəni Almaniyada “Borussiya Münhenqladbax”, “Elversberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Holştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib.

O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan “Osnabrük”də keçirib.

Hücumçu 2014-cü ildə Almaniyanın U-18 yığmasında da yer alıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqavilələrin müddətini uzatmışdı.

Kapitan Vadim Abdullayevlə yollarını ayıran klub israilli Bar Coheni transfer edib.