“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib.
Bizim.Media xəbər verir ki, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb.
28 yaşlı hücumçu artıq Bakıdadır.
Qeyd edək ki, sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya” (Münhenqladbax), “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan “Osnabryuk” komandasında keçirib.
Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta