Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft təklifinin artım tempi üzrə proqnozunu artırıb.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, bu il gündəlik qlobal neft tədarükü 1,8 mln. barel artaraq (öncəki proqnoz – 1,61 mln. barel) 104,9 mln. barel təşkil edəcək.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə gündəlik qlobal neft təklifinin artım tempinin 1,1 mln. barel olacağı ehtimal olunur.