AZ

Ərinin öldürülməsinə sifariş verən qadının cinayət işi: "Güman edirdim ki, Əli məndən üzr istəyəcək" - MƏHKƏMƏ

BAKI, 17 iyun. TELEQRAF

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icraçıları - Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyevin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Əzizə Seyidovayanifadı vermək təklif edib. O, hazırda ifadə vermək istəməyib. Bildirib ki, növbəti iclasda ifadə verəcək.

Daha sonra Mehdi Məmmədli ifadə verib. O bildirib ki, uzun müddət Rusiyada yaşayıb: "Mən Rusiyada cəza çəkdim və sonra məni deportasiya etdiklər. Mən də Bakıya gəldim və fəhələliklə məşğul olmağa başladım. Bizim xeyriyyə cəmiyyətimiz var idi, kimsəsiz adamlara yardım göstəriliirdi. Mənə cəmiyyətdən zəng gəldi, Səidə adlı şəxsin müraciət etdiyini, onu yoxlamağımı istıdilər. Bununla bağlı onun evində olduq, onun vəziyyətini yoxladım. Bu zaman mənim subay olduğumu bildilər. Dedilər ki, səni evləndirək qonşuluqda Leyla xanım var. Bizi tanış etdilər. Əvvəlcə kəbin kəsdirlməli idik, sonra rəsmi nikaha daxil olacaqdıq. Amma rəsmi ailə qura bilmədik. Mən onların evinə gedib-gəlmişəm. Mən də ailənin bir üzvü olmuşam. Bundan sonra Leylanın xalası Əzizə ilə tanış oldum".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Leyla xanımla ailə məişət zəminində mübahisələri olub və ondan ayrılıb: "Mən onunla barışmağa cəhd etmişəm. Amma Leyla mənimlə barışmaq istəmədi, ayrılmaq istədiyini bildirdi. Mən də bununla bağlı Ərizəyə zəng etdim və onunla görüşmək istədim. O da 28 may da olduğunu bildirdi. Mən də onunla ilk dəfə görüşdük. Onunla Leyla barədə söhbət etdik. Onun köməkliyi ilə Leyla ilə barışıblar".

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Əzizə ona zəng edib və evdən çıxdığını, rəfiqəsigilə aparmasını istəyib: "Mən Əzizəyə dedim ki, başqa müştərim var, gələ bilmədiyimi dedim. Sonra müştərinu dəyişdim, onunla görüşdüm. Dedi ki, evdə danışıb, rəfiqəsi Xədicəgilə getmək istəyir. Əzizə telefonunu söndürmüşdü. Çünki evdən zəng edirdilər, onu narahat edirdilər. Mənim telefonumıa Xidicə ilə danışdı. Xidicə konum atdı, Əzizini onun iş yerinə apardım. Sonra onları Neftçilər metrosunun yanında apardım. Orada onlar yeyəcək almaq üçün Makdonaldısa girdilər. Onları gözlədim, gəlmədilər. Sonra mən getdim. Bir qədər sonra telefonuma zəng gəldi. Cavab verəndən sonra onun Xidıcə olduğunu bildim. Xədicə dedi ki, maşınında əşyaları qalıb. Sonra Əzizənin əri Əli telefonu aldı, məndən əşyaları gətirməyi istədi. Mən də onun dediyi ünvana getdim. Əlimdə əşyalarla gedəndə Əli dedi ki, sən kimsən? Dedim ki, taksi sürücüsünə. O əsəbi halda üstümə gəldi, mənimlə mübahisə etməyə başladı. Mən isə onunla mübahisə etmədim. Maşınıma mindim və ona dedim ki, səninlə görüşüb, söhbət edəcəm. Sonra maşını sürərək Nərimanova gəldim və orada yaşadığım evə getdim. Evdə otaq yolladım Bəxtiyar soruşdu ki, nə olub, mən də ona olanları danışdım dedim ki, bu barədə heç kimə heç nə deməsin. Elvinin bu söhbətdən xəbəri olmayıb. Bu söhbət 2022-ci ilin dekabrın 30-da baş verib".

Mehdi Məmmədlinin sözlərinə görə, əvvələr Əlini tanımayıb, amma onun makler olduğunu bilib: "Ərizənin telefonu maşında qalmışdı. Bir də gördüm ki, maşında telefona zəng gəlir. Cavab verəndə bildim ki, bu Əzizədir. Əzizə konum atdı, telefonu ona apardım. Həmin vaxt Ərizəyə dedim ki, gəl, söhbıt edək, bu nə məsələdir, başıma alırsız. Axı mən söyüş qəbul edəcək adam deyiləm, Əli haradan çıxdı, mənə söyüş söydü. Əzizə də Əlinin onlarla görülməsinin səbəbini izah edib. Onlar Makdonaldısda olan zaman Əli onların yanına gəlib və onları oradan aparıb".

Təqsirləndirilən şəxs həmçin ifadəsində Ərizəyə əri ilə barışması barədə məsləhətlər verib: "Əzizə isə yoldaşı ilə mübahisəsi olduğunu, yola getmədiyini bildirib. Evdə eltilıri ilə mübahisəsi olduğunu deyib. Sonra mən Leyla ilə barışdım, kirayədə yaşamağa başladıq. Sonradan Əzizə ilə heç bir əlaqəsi olmayıb".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, Elvin və Bəxtiyarla bir yerdə işləməyə başlayıb: "İşdən sonra bir yerdə çörək yeyiblər. Hadisə baş verən günü evə gəldim və Bəxtiyarı götürdüm, Elvinə də zəng etdim ki, sənində götürəcəyik. Sonra onu da iş yerindən götürdük. Yemək yeməyə gedirdik. Mən Əlini makler kimi tanıyırdım. Onun adını yazdım, "Tik-tok" səhifəsini tapdım. Onun səhifəsindən maşınını nömrələrin götürdüm. Həmin gün də onun maşının gördüm. Maşında onun özündən başqa adamlar da var. Bəxtiyara dedim ki, söhbətim olan şəxs budur. Bəxtiyar dedi ki, gedək, söhbətimizi edək. Ona bildirdim ki, maşında çox adam var, söhbət böyüyər, çörəyimizi yeyək, sonra söhbət edərik. Bu zaman Elvin söhbətə qoşuldu. Ona da vəziyyəti izah etdik. Bundan sonra çörək yemədik, Əlinin Maştağa qəsəbəsində olan evinin yanında getdik. Orada Əlini gözlədik. Mən maska yazmışdım, istəmirdim ki, məni tanısınlar. Mən güman edirdim ki, Əli məndən üzr istəyəcək, bilməmişəm, söyüş söymüşəm. Əlini çağırdım, dedim ki, səninlə işim var. Sonra maşınına tərəf getdi. Daha sonra geri qayıdaraq bildirdi ki, sən kimsən, mənim evimin qarşısına gəlmisən. Maska yazmaqda məqsədim o idi ki, onun ailəsində problem olmasını istəməyib. Buna görə də maska taxdım ki, məni tanımasın. Mşn ondan sülhlə söhbət edəcəkdim, ondan ayrılacaqdım. Məni Əli bıçaqla vurdu. Mən uşaqları çağırdım ki, gəlin, məni öldürür. Uşaqlar gələndən sonra onları da söydü. Bu zaman əlbəyaxa olduq. Mən onun bıçağını götürdüm və onu arxa tərəfindən bıçağın küpü ilə vurdum. Mənim xəbərim olmadan Elvin maşında saxladım bıçağı özü ilə götürüb və həmin zaman bıçaqla onu vurub. Bu zaman Bəxtiyar bizi kənara çəkdi, biz oradan getdik. Əli də evə getdi. Bir gün sonra öldüyünü bildik. Leyla zənglərinə cavab vermirdi. Leyla ilə əlaqə saxlamaq üçün mesaj yazdım. Leyla yazdı ki, Əlini bıçaqlayaraq öldürüblər, başım qarışıqdır, üzürlü say cavab verə bilmirəm ".

Mehdi Məmmədli qeyd edib ki, onun Əlini öldürmək fikiri olmayıb.

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısın suallarını cavablandırıb. O, suallara cavabında Əlinin evini əvvəldən tanıyıb, onu izləyərək evini tapmayıb. Onun ifadəsinə görə, Əlini heç vaxt izləməyib.

Vəkillərin suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, Əzizə onlara heç bir göstəriş verməyib. O, istintaqa əvvəlcə Əzizə Seyidovanın cəlb olunduğunu deyib: "Daha sonra bizi istintaqa cəlb olunduq. Məni tutmamışdan əvvəl Əzizəni şöbəyə aparıblar. Orada Ərizənin Əli ilə yazışmaları ortaya çıxıb. Bu nəticəyə gəliblər ki, guya Əzizə Əlini evə tələsdirmək barədə yazıb. Mənim Əzizə ilə aramızda eşq münasibətim olmayıb. Aramızda heç bir söhbət olmayıb. Əlini öldürmək, onun əmlakların bölmək barədə söhbətimiz olmayıb. Bu hadisəyə görə çox peşman olmuşam".

Növbəti proses iyulun 1-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər.

2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.

Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər. M.Məmmədlinin ifadəsində məlum olub ki, o əvvəllər Rusiyada cinayət törətdiyinə görə iki dəfə məhkum edilib. O, Ə.Seyidovanı keçmiş həyat yoldaşı vasitəsilə tanıdığını, ərinin ona zülm verdiyini eşitdiyini deyib.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr