AZ

29 növ qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-aprel ayları ərzində istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 9 müəssisə tərəfindən idxal olunan 29 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən hafta.az-a bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.

İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın və başa düşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcək potensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarının qarşısının alınması baxımından qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində məlumatların təqdim olunması mühüm əhəmiyyət kəsb edir. Bu tələbin məqsədi istehlakçıların seçim hüququnu təmin etməklə bazarda şəffaflığı artırmaqdır.

 

Seçilən
1
8
hafta.az

9Mənbələr