AZ

İsrail Xameneyini müharibə cinayətlərində ittiham edib

Bakı. Trend:

İsrailin müdafiə naziri İsrael Katz İranın ali dini lideriayətullah Əli Xameneyinin İsrailin mülki əhalisinə qarşı hərbicinayətlər törətməkdə ittiham edib.

Trend xəbər verirki, bu barədə “Ynet” məlumat yayıb.

Katz İranın ali dini liderinə ABŞ-nin İraqı istila etməsindənsonra ələ keçirilərək edam edilən keçmiş İraq prezidenti SəddamHüseynin aqibətini xatırladıb.

“Mən İran diktatorunu hərbi cinayətlərə və İsrailin dincsakinlərinə raketlərin atılmasına son qoymağı xəbərdar edirəm. O,İsrail dövlətinə qarşı eyni yolu tutmuş qonşu ölkədəki diktatorunaqibətini unutmamalıdır”, – Katz bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Seçilən
5
1
az.trend.az

2Mənbələr