İsrailin müdafiə naziri İsrael Katz İranın ali dini lideri ayətullah Əli Xameneyinin İsrailin mülki əhalisinə qarşı hərbi cinayətlər törətməkdə ittiham edib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Katz İranın ali dini liderinə ABŞ-nin İraqı istila etməsindən sonra ələ keçirilərək edam edilən keçmiş İraq prezidenti Səddam Hüseynin aqibətini xatırladıb.
"Mən İran diktatorunu hərbi cinayətlərə və İsrailin dinc sakinlərinə raketlərin atılmasına son qoymağı xəbərdar edirəm. O, İsrail dövlətinə qarşı eyni yolu tutmuş qonşu ölkədəki diktatorun aqibətini unutmamalıdır", - Katz bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb