Bu il Türkiyədə Türkiyə, Azərbaycan və Gürcüstan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ankarada səfərdə olan gürcü həmkarı Şalva Papuaşvili ilə birgə mətbuat konfransında deyib.
O, 2023-cü ildə keçirilməsi planlaşdırılan, lakin Türkiyədə zəlzələ səbəbilə təxirə salınmış üçtərəfli görüşün bu il Türkiyənin ev sahibliyi ilə keçiriləcəyini qeyd edib.