AZ

Türkiyə, Azərbaycan və Gürcüstan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bu il Türkiyədə Türkiyə, Azərbaycan və Gürcüstan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ankarada səfərdə olan gürcü həmkarı Şalva Papuaşvili ilə birgə mətbuat konfransında deyib.

O, 2023-cü ildə keçirilməsi planlaşdırılan, lakin Türkiyədə zəlzələ səbəbilə təxirə salınmış üçtərəfli görüşün bu il Türkiyənin ev sahibliyi ilə keçiriləcəyini qeyd edib.

Numan Kurtulmuş zaman keçdikdə üçtərəfli formata digər Qafqaz ölkələrinin parlament sədrlərinin qoşulmasının mümkün olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
apa.az

5Mənbələr