AZ

Evlənmək üçün İsrailə getdi, geri qayıda bilmir - FOTOLAR

“Tottenhem”in futbolçusu Manor Solomon evlənmək üçün vətəni İsrailə gedib və geri qayıda bilmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

O, İsraillə İran arasında başlayan müharibə səbəbindən bu problemlə üzləşib.

London klubunun rəsmiləri də xəbəri təsdiq edib. Onlar bildirib ki, futbolçu ilə daim əlaqə saxlayırlar.

Manor Solomonun toyu iyunun 12-də baş tutub. 

Qeyd edək ki, İsrail hava məkanını iyunun 13-dən bağlayıb. Buna görə də uçuşlar dayanıb.

 

Seçilən
0
5
bakivaxti.az

7Mənbələr