ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artaraq 5 milyard 680,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 298,5 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,7 faizini təşkil edib.
Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 555,1 manatlıq və ya 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə nominal ifadədə 82,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.