Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.
Bu barədə NTV məlumat yayıb.
Qeyd edək ki, Ümit Özdağ bu ilin yanvar ayında saxlanılıb. O, “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” maddəsi üzrə mühakimə olunurdu. Bir müddət əvvəl prokuror Zəfər Partiyasının sədri Ümit Özdağa 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istəyib. Məhkəmə Özdağın cinayətinin sübuta yetirildiyini və 2 il 4 ay 3 gün müddətinə azadlıqdan məhrum edilməsi, lakin məhkəmə nəzarəti tədbiri olmadan azadlığa buraxılması barədə qərar çıxarıb.
APA
Tarix: 17 İyun 2025, 16:12