AZ

Ümit Özdağ azadlığa buraxıldı

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.

 

Sfera.az "APA"a istinadla xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

 

Qeyd edək ki, Ümit Özdağ bu ilin yanvar ayında saxlanılıb. O, “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” maddəsi üzrə mühakimə olunurdu. Bir müddət əvvəl prokuror Zəfər Partiyasının sədri Ümit Özdağa 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istəyib. Məhkəmə Özdağın cinayətinin sübuta yetirildiyini və 2 il 4 ay 3 gün müddətinə azadlıqdan məhrum edilməsi, lakin məhkəmə nəzarəti tədbiri olmadan azadlığa buraxılması barədə qərar çıxarıb.

 

 

Seçilən
1
6
sfera.az

10Mənbələr