16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb edilib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Marcet” klubunun yarımmüdafiəçisi Ranar Qazibəyov yığmaya dəvət olunub.

İyunun 15-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayan milli komandanın düşərgəsində "Marcet"dən daha 3 oyunçu çağırılmışdı.

Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv hazırlıq çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.