sport24.az saytına istinadən ain.az xəbər verir.
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb edilib. Sport24.az xəbər verir ki, İspaniyanın "Marcet" klubunun yarımmüdafiəçisi Ranar Qazibəyov yığmaya dəvət olunub.
U-16 iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq. Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv hazırlıq çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.