AZ

Azər Bağırov “Sabah”dan təklif alıb?

Vasili Berezutskinin “Sabah”dan ayrılmasının ardından rəhbərlik baş məşqçi axtarışlarını davam etdirir.

İdman.biz xəbər verir ki, paytaxt təmsilçisi ən qısa vaxtda komandanı çalışdıracaq mütəxəssisin adını açıqlamaq niyyətindədir.

Artıq mətbuatda bir neçə məşqçinin adı çəkilir. Adı “Sabah”la hallanan mütəxəssislər içərisində həm əcnəbi, həm də yerli çalışdırıcılar var.

Onlardan biri də Azər Bağırovdur. İddiaya görə, “Sabah” rəhbərliyi “Kəpəz”dən ayrılan təcrübəli mütəxəssislə təmasa keçib. Onunla danışıq aparılsa da, tərəflər razılaşa bilməyib.

Məsələ ilə bağlı Bağırov İdmanxeber.az saytına verdiyi açıqlamada yayılan söz-söhbətlərə belə münasibət bildirib: “Heç bir klubdan təklif almamışam. Heç kimlə danışığım olmayıb. Mən də xəbərləri mətbuatdan oxuyuram. Yazılanlar həqiqətə uyğun deyil”.

İdman.biz

Seçilən
0
2
idman.biz

3Mənbələr