AZ

Dövlət orqanlarında işləmək üçün müsahibə elan edildi

17 iyun 2025-ci il tarixində 6 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 15 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 6-sı inzibati vəzifələrin üçüncü təsnifatına, 9-u dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikası Hesablama Palatasının aparatında şöbə müdirinin müavini vəzifələridir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 iyun 2025-ci il tarixindən 1 iyul 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Seçilən
12
3
teleqraf.com

4Mənbələr