AZ

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də 6 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 15 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 6-sı inzibati vəzifələrin üçüncü təsnifatına, 9-u dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikası Hesablama Palatasının aparatında şöbə müdirinin müavini vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyunun 17-dən iyulun 1-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Seçilən
4
3
azertag.az

4Mənbələr