15 iyun 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşları arasında qolf üzrə yarışlara yekun vurulub.
Viral.az xəbər verir ki, “Dreamland Golf” meydançasında keçirilmiş yarışlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışlarda dövlət qurumlarından 23 əməkdaş mübarizə apararaq öz qüvvələrini sınayıblar.
Son Yazılar:
- FHN-in əməkdaşı növbəti dəfə qızıl medal qazandı
- Azyaşlı qız qətlə yetirilibmiş – cinayətin üstü 23 il sonra AÇILDI
- İsrail İsfahana zərbələr ENDİRİR
Yarışlarda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin əməkdaşı Aysel Kazımova qadınlar arasında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Qalibə Gənclər və İdman Nazirliyinin diplomu və qızıl medal təqdim edilib.
Qeyd edək ki, Aysel Kazımova ötən il də dövlət qurumlarının əməkdaşları arasında keçirilən qolf yarışında birinci yerə layiq görülüb.