İran hələlik İsrailə qarşı ciddi hərbi əməliyyat həyata keçirməyib və yalnız xəbərdaredici xarakterli zərbələrlə kifayətlənib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bəyan edib.
“İndiyədək həyata keçirilən əməliyyatlar sadəcə qarşı tərəfi çəkindirmək məqsədi daşıyan bir növ xəbərdarlıq idi”, – deyə Musəvi "Al Alam" telekanalına açıqlamasında bildirib. Musəvi həmçinin Tel-Əviv və Hayfa sakinlərini şəhərləri tərk etməyə çağırıb.